2019-10-08 09:28

“Binə”dəki yanğında 4 nəfər tüstüdən zəhərləndi

Səhiyyə Nazirliyi "Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Pressa-ya verilən məlumata görə, yanğın barədə Təcili Tibbi Yardıma çağırış saat 1:10-da daxil olub. Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib.

Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb.
SON XƏBƏRLƏR


Yuxarı