2019-10-09 10:27

Şvartseneqqer Rusiyada fəxri professor oldu

Amerikalı aktyor, sahibkar və siyasətçi Arnold Şvartseneqqer Rusiyanın "Sinerqiya” universitetinin fəxri professoru adına layiq görülüb.

Pressa.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə aili təhsil müəssisəsinin mətbuat xidməti məlumat yayıb.

"Şvartseneqqer bir çox insanlar üçün müəllimdir – kiminçünsə aktyor peşəsində, kiminçünsə dövlət qulluqçusu peşəsində, kiminçünsə sağlam həyat obrazı sürməkdə”, - rektor Artyom Vasilyev deyib.

Qeyd edək ki, A. Şvartseneqqer Viskonsin Universitetinin məzunudur. O, biznes və beynəlxalq iqtisadiyyat sahəsində mütəxəssisdir. 2003-2011-ci illərdə Kaliforniyanın qubernatoru olub. 2012-ci ildə Cənubi Kaliforniya Universtitetinin nəzdində Şvartseneqqerin dövlət və qlobal siyasət İnstitutunu yaradıb.
SON XƏBƏRLƏR


Yuxarı