2019-10-09 13:36

Lionel Messi karyerasının ən yaddaqalan oyununu açıqlayıb

Argentina millisinin və İspaniyanın "Barselona” klubunun futbolçusu Lionel Messi karyerasının ən yaddaqalan oyununu açıqlayıb.

Pressa-nın məlumatına görə, cənubi amerikalı Çempionlar Liqasına təsadüf edən "Real”la görüşü fərqləndirib.

O, 8 il əvvəl baş tutan matçı unikal adlandırıb: "Mənim ən yaxşı oyunum? 2010/11 mövsümünün Çempionlar Liqasının "Real”la yarımfinal oyunu daha çox yadımda qalıb. Onda biz 2:0 hesabı ilə qalib gəldik. Bilmirəm, bu, mənim ən yaxşı oyunum idi, ya yox. Amma unikal qarşılaşma idi”.

Qeyd edək ki, "Santyaqo Bernabeu”dakı görüşdə "Barselona” L.Messinin iki qolu sayəsində 2:0 hesabı ilə qalib gəlib. Cavab matçı 1:1 hesabı ilə nəticələnib. Finalda "Mançester Yunayted”ə 3:1 hesabı ilə qalib gələn barselonalılar kuboka yiyələniblər.
SON XƏBƏRLƏR


Yuxarı