2019-10-09 17:55

Gürcüstan və Azərbaycanın Daxili İşlər nazirləri görüşüb

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Azərbaycanda səfərdədir.

Pressa APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, Gürcüstanın Baş Naziri Georgi Qaxarianın səfər heyətinin tərkibində Azərbaycana gələn V.Qomelauri ilə Azərbaycanın Daxili İşlər naziri Vilayat Eyvazov arasında ikitərəfli görüş keçirilib. 

Tərəflər iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərini müzakirə ediblər.
SON XƏBƏRLƏR


Yuxarı