2019-10-12 13:05

Onun sizin köməyinizə ehtiyacı var! - FOTO

1991-ci il təvəllüdlü, Bakı şəhər sakini Hüseynov Kamran Əsgər oğlu 5 aydır ki, kron xəstəliyindən əziyyət çəkir.

Yaxınlarının Pressa-ya verdiyi məlumata görə, Kamran hal-hazırda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə alır. Müalicəsi üçün külli miqdarda pul tələb olunur. Artıq 4500 AZN məbləğ yığılıb. Lakin xəstənin müalicəsinin məbləği 30.000 AZN-dir. 

Qeyd edək ki, 7 aydır ailə həyatı quran Kamranın 2 aydan sonra övladı dünyaya gəlməsi gözlənilir. 

Kamrana kömək etmək istəyənlər aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər:

(055) 661-45-67    -   Xaliq Rüstəmov

Bank hesabı: (Kapital Bank) MilliÖN ödəniş  terminalı vasitəsilə

4169 7332 1338 8338




SON XƏBƏRLƏR


Yuxarı