2019-10-16 18:01

Xaçmazda maşın su kanalına düşüb

Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Pressa xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Xaçmaz rayon sakini, 1975-ci il təvəllüdlü Əsgərov Mais Məmmədəli oğlunun idarə etdiyi 90 UB 112 dövlət nömrə nişanlı "Hyundai” markalı nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan M.Əsgərov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.
SON XƏBƏRLƏR


Yuxarı