2019-10-17 12:26

İlham Əliyev Minsk qrupunun həmsədrləri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

Pressa.az xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
SON XƏBƏRLƏR


Yuxarı