2019-10-17 12:50

Məktəblərə nəqliyyat vasitələri veriləcəkmi? - Nazir açıqladı

Təhsil naziri Ceyhun Bayramov ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi məsələsinə münasibət bildirib. 

Pressa-nın məlumatına görə, bunu Təhsil naziri C.Bayramov Yeni Azərbaycan Partiyasının Qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil:

"Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərində bu məsələlərin düzgün planlaması və tənzimlənməsi müzakirə edilir. Yeni ərazilərin planlaşdırılması zamanı bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələr var”. 

"Şagird kontingentinin sıxlığına və gediş-gəlişi ilə bağlı problemləri, əsasən, kortəbii inkişaf gedən ərazilərdə müşahidə edirik. Əfsuslar olsun ki, belə ərazilər mövcuddur”, - deyə C.Bayramov qeyd edib.
SON XƏBƏRLƏR


Yuxarı