2019-10-17 14:12

Nazir: “Direktorlara xəbərdarlıq olunub”

"Azərbaycanda şagirdlərin ilk dəfə elektron yerdəyişməsi təşkil olunandan bir həftə sonra Nazirliyə çoxlu sayda müraciətlərin olduğunu gördük".

Pressa-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazirin sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil idarəsinin qarşısına çoxsaylı insan gələrək yerdəyişmə prosesinin ləngidiyini deyib və səbəbləri ilə maraqlanırdılar: "Elektron sistem mövcud olmasaydı, bu məsələ ilə bağlı narazılıqların həcmini müəyyən edə bilməzdik. Şagirdlərin yerdəyişməsi elektronlaşdırılmamışdan əvvəl meydana çıxan narazılığı yalnız Təhsil Nazirliyinə şikayət daxil olduqda bilirdik. Bəzən bu problemlərlə üzləşənlər heç müraciət etmədiyi üçün real vəziyyətlə bağlı məlumatımız olmurdu. Elektronlaşmadan sonra insanların problemlərinin həll yollarını müzakirə edə bilirik. Əlimizdə olan statistika göstərdi ki, həll olunmayan və yaxud həlli gecikən məsələlərin sayı ümumi müraciətlərin sayının 2 faizini təşkil edib. Proses yeni olduğu üçün 2 faizin səbəbi arasında direktorların səhlənkarlığı yer tutub. Direktor işi nəzarətə götürmədən bu işi texniki işçisinə həvalə edirdi. O da vəzifəsini düzgün başa düşmədiyi üçün ləngimələr olurdu. Buna görə direktorlara xəbərdarlıq olunub və məsələ öz həllini tapıb".

Nazir bildirib ki, elektron sistem məsələnin mahiyyətini qısa müddətdə görməyə imkan verib və sistemdə bir sıra təkmilləşdirmələr edilib: "Sistem elektron olduğundan burada insan müdaxiləsindən söhbət gedə bilməz".
SON XƏBƏRLƏR


Yuxarı