2019-10-17 17:28

Ərdoğan və ABŞ-ın vitse-prezidenti arasında görüş başlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında görüş başlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, görüş çərçivəsində Türkiyənin 9 oktyabrda başlatdığı "Barış bulağı” hərəkatı müzakirə olunacaq.

Görüşdə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri də iştirak edir.


SON XƏBƏRLƏR


Yuxarı