2019-10-18 11:30

Azərbaycan əhalisinin gəlirləri 7%-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,7% artaraq 42 202,7 mln. manat təşkil edib.

Pressa.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə əhalinin hər nəfərinə orta hesabla 4 266,2 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 38 720,1 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,6% çox vəsait qalıb.
SON XƏBƏRLƏR


Yuxarı