2019-10-18 12:25

Türkiyədə yol qəzasında 34 nəfər xəsarət alıb

Türkiyədə 34 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Pressa.az CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, yol qəzası Çankırı rayonunun Kurşunlu qəsəbəsində qeydə alınıb.

Avtobusun sürücüsü idarəetməni itirib, nəticədə avtobus aşıb və 34 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.
SON XƏBƏRLƏR


Yuxarı