2019-10-21 13:23

Məşhur xanəndə özünə efir qadağası qoydu

Bundan sonra məşhur xanəndə Elnarə Abdullayeva efirlərə yalnız ustad sənətkarlarla birgə çıxacaq.

Bu barədə Oxu.Az-a Əməkdar artistin özü məlumat verib.

Xanəndə efirlərə müğənnilərlə birlikdə çıxmamaq haqqındakı qərarının qəti olduğunu bildirib:

"Bu, konkret qərarımdır. Amma ustad sənətkarlarla efirləri paylaşacam. Onların yeri başqadır. Onlar da hər verilişə və başqa yerlərə getmirlər”.

Elnarə Abdullayeva müğənnilərlə efirə çıxmama səbəbini açıqlamaq istəməyib.
SON XƏBƏRLƏR


Yuxarı