2019-11-01 15:58

Əməkdar artist Asif Şirinovun 60 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

Füzuli Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Asif Şirinovun 60 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Teatrdan Pressa-ya verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, İmişli rayon "ASAN xidmət" mərkəzinin əməkdaşları, orta məktəb müəllim və şagird kollektivi, rayon ictimaiyyət nümayəndələri, Milli ordu və Sərhəd xidmətinin şəxsi heyəti iştirak edib. 

Tədbirdə giriş sözu ilə çıxış edən teatrın direktoru, "Əməkdar mədəniyyət işçisi” Vaqif  Vəliyev gələn qonaqları salamlayıb. Eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Asif Şirinova təqdim etdiyi fəxri fərman və 60 illik yubileylə əlaqədar pul mükafatının verilməsi  haqqındakı əmr gələn qonaqların nəzərinə çatdırıb. 

Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının, Füzuli rayon İcra Hakimiyyətinin, "N” saylı hərbi hissə, Sərhəd qoşunlarının fəxri fərmanları yubliyara təqdim olunub. 
Daha sonra Asif Şirinovun quruluşu əsasında hazırlanan tamaşalardan parçalar, müsiqi nömrələri və bir-birini əvəz edən təbriklərlə yubiley tədbiri davam edib. 


SON XƏBƏRLƏR


Yuxarı