2019-11-05 16:35

ABŞ Suriyanın neft ehtiyatlarının yerləşdiyi ərazidə hərbi bazalar tikir

ABŞ Suriyanın neft ehtiyatlarının yerləşdiyi ərazidə hərbi bazalar tikir.

Pressa APA-ya istinadən verdiyi xəbərə görə, ABŞ hərbi qüvvələri Suriyanın şimal-şərqində Deyr əl-Zorda iki hərbi bazanın inşasına başlayıb.

"Hərbi bazalar 113-cü Briqada bölgəsində və əl-Sur bölgəsi yaxınlığında tikilir. Deyr əl-Zora 250-300 əsgər, ağır silahlar, zirehli maşınlar və digər döyüş sursatları göndərilib", - agentlik yerli mənbəyə istinadən bildirib.
SON XƏBƏRLƏR


Yuxarı