2019-11-06 10:35

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günü qeyd olunur

1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi keçirilir.

Pressa xəbər verir ki, Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı artıb. Hazırda Bakıda dövlət və özəl telekanalların sayı 10-a çatıb. Regionlarda 12, Naxçıvanda isə 2 telekanal fəaliyyət göstərir. İnterAz telekanalı isə Azərbaycanda və Rusiyada yayımlanır.

Pressa bayram münasibətlə radio və televiziya işçilərini təbrik edir, işlərində uğurlar diləyir!
SON XƏBƏRLƏR


Yuxarı