2019-11-06 12:55

Dərmanların qeydiyyat və gömrük prosedurunun sadələşdirilməsi ilə bağlı təkliflər hökumətə təqdim olunub

"Azərbaycana idxal olunan dərmanların qeydiyyat və gömrük prosedurunun sadələşdirilməsi ilə bağlı qanunvericilikdə dəyişikliklərin aparılması nəzərdə tutulur".

Pressa-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən bununla bağlı təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub: "Səhiyyə Nazirliyi ilə bərabər Dövlət Gömrük Komitəsi də bu məsələlərin həyata keçirilməsində aktiv iştirak edir. Düşünürəm ki, yaxın zamanlarda bu məsələ öz həllini tapacaq".

Qeyd edək ki, Baş Nazirin müavini Əli Əhmədov bir müddət əvvəl qeyd edib ki, ölkəyə idxal olunan dərman vasitələrinin ilk olaraq qeydiyyatı və gömrük rəsmiləşdirilməsi şərtləri sadələşdirilməlidir. Baş Nazirin müavini bunun üçün dünya təcrübəsinin öyrənilməsinin və tətbiqinin vacib olduğunu vurğulayıb.
SON XƏBƏRLƏR


Yuxarı