2019-11-06 16:52

Lixtenşteyn yığması Azərbaycana gətirəcəyi heyəti açıqlayıb

21 yaşadək futbolçular arasında AVRO-2021-in seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Lixtenşteyn yığmasının heyəti açıqlanıb.

Pressa-nın məlumatına görə, "cırtdan ölkə” təmsilçisinin baş məşqçisi Martin Ştoklaza heyətə 20 futbolçu çağırıb.

Bu oyunçular noyabrın 14-də keçiriləcək matçın hazırlıqlarına cəlb olunacaq. Qarşılaşma Sumqayıtdakı "Kapital Bank Arena” stadionunda baş tutacaq. 

Qeyd edək ki, ilk matçda Lixtenşteyn Azərbaycana 1:0 hesabı ilə qalib gəlib. 

Qapıçılar: Armando Mayer, Luka Vanoni;

Müdafiəçilər: Lukas Byuxel, Rafael Qryunenfelder, Roman Şpiriq, Andrin Netser, Manuel Mikus;

Yarımmüdafiəçilər: Fabian Unterrayner, Glias Yaqer, Noa Frik, Sebastyan Çupp, Benyamin Foqt, Niklas Bek, Lukas Qraber, Menderes Çaglar, Simon Lyuxinger, Noa Frommelt;

Hücumçular: Martin Markser, Noa Qraber, Tim Şrayber.
SON XƏBƏRLƏR


Yuxarı