2019-11-07 13:47

Rodriqo “Qalatasaray”la oyunda Çempionlar Liqasının 3 rekordunu vurub

Madridin "Real” klubunun futbolçusu Rodriqo Çempionlar Liqasında yeni rekordlar müəyyənləşdirib. 

Pressa-nın məlumatına görə, braziliyalı hücumçunun qrup mərhələsinin IV turunun "Qalatasaray”la oyundakı ilk qolu 3 unikal göstərici ilə əlamətdar olub. 

Avropanın ən nüfuzlu klub turnirində qol hesabını açan cənubi amerikalı yarışın tarixində fərqlənən ən gənc braziliyalı adına yiyələnib. 18 yaş, 301 günlük Rodriqo həm də Çempionlar Liqası tarixində het-trikə imza atan ən az yaşlı hücumçu olub. 

O, ilk 2 qolunu oyunun 6 dəqiqə 4 saniyəsində vurub. Bu da yarışın tarixində ən erkən dubldur. 

Qeyd edək ki, "Real” – "Qalatasaray” matçı madridlilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
SON XƏBƏRLƏR


Yuxarı