2019-11-12 15:05

Martin Şevela: “Azərbaycanlı futbolçular göstəriblər ki, favoritlərə əziyyət verə bilərlər”

"Xorvatiya ilə oyunda yaxşı nəticə qazansaq, bu, əla olacaq. Düşünürəm ki, futbolçular da səbirsizliklə matçı gözləyirlər”.

Pressa-nın məlumatına görə, bunu Polşanın "Zaqlebiye” klubunun slovakiyalı baş məşqçisi Martin Şevela deyib.

Vətənində "Trençin”lə iki, "Slovan”la bir dəfə Slovakiya çempionu olmuş təcrübəli mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin son oyunları barədə fikirlərini açıqlayıb. M.Şevela həmyerlilərinin təkcə noyabrın 16-da Xorvatiya ilə deyil, həm də üç gün sonra Azərbaycanla qarşılaşmaya da tam köklənməli olduğunu düşünür: "Xorvatiya ilə matçdakı uğurlu nəticədən sonra Azərbaycanla görüşə köklənməliyik. Bu yığma qrupun autsayderidir və onların meydanında qalib gəlmişik. Lakin azərbaycanlı futbolçular da göstəriblər ki, favoritlərə əziyyət verə bilərlər. Ona görə də bu matça da şüurlu, düzgün yanaşmalıyıq”.

Qeyd edək ki, Azərbaycan yığması evdə 1:5 hesabı ilə uduzduğu Slovakiya ilə noyabrın 19-da Trnavada qarşılaşacaq.
SON XƏBƏRLƏR


Yuxarı