2019-11-15 09:39

Nazirlik Bakıda yanğında zəhərlənənlərlə bağlı məlumat yaydı

Gecə saatlarında paytaxtın Xətai rayonunda yanğın hadisəsi olub.

Pressa.az xəbər verir ki, rayonun Neapol küçəsi 29/42 mənzil 79 ünvanında binanın mansardı yanıb. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardıma müraciət 01:48-də daxil olub:

"Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. Beşi uşaq olmaqla, 11 nəfər tüstüdən boğulma ehtimalı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar”.

Qeyd edək ki, ötən gecə Xətai rayonu 18 mərtəbəli yaşayış binasının damında yanğın baş verib. İlkin məlumata əsasən, yanğına səbəb naqillərdə yaranan qısaqapanma olub. 
SON XƏBƏRLƏR


Yuxarı