2019-11-15 12:21

Əliyar Ağayev Malta – Norveç oyununa təyinat alıb

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev beynəlxalq oyuna təyinat alıb.

Pressa-nın məlumatına görə, ədalət təmsilçisi AVRO-2020-nin seçmə mərhələsinin oyununda iş başında olacaq.

Ə.Ağayev noyabrın 18-də-də keçiriləcək Malta – Norveç oyununu idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, matç Ta Qalidəki Milli stadionda keçiriləcək.
SON XƏBƏRLƏR


Yuxarı