2019-11-15 13:16

Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri baş tutub

Bu gün "HR BAKU" MMC və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) birgə təşkilatçılığı ilə Boulevard Hotel Baku-da "HR Summit Baku 2019” beynəlxalq tədbiri uğurla reallaşıb.

Pressa.az xəbər verir ki, özəl və dövlət müəssisələrindən iştirakçıların qatıldığı HR sammitdə beynəlxalq qurumların peşəkar mütəxəssisləriinsan resurslarının idarəçiliyi üzrə ən yaxşı təcrübələrini paylaşıblar.

AİRA-nın İdarə Heyətinin sədri Tural Məmmədov tədbir baradə geniş məlumat verib. O, tədbirin əhəmiyyətinə toxunaraq insan resurslarının inkişafı və idarə edilməsinə dair fikirlərini səsləndirib.

Sammit çərçivəsində HR sahəsinə əsaslanan çıxışlarla yanaşı komanda quruculuğu, heyətin idarə edilməsini səlisləşdirən intellektual yarışlar təşkil edilib. Spikerlər tərəfindən işçi sayının optimallaşdırılması, korporativ nüfuz, dəyişikliklərin idarə edilməsində vəişçi məmnunluğunda HR-ın rolu, eləcə də digər aktual mövzular ətrafında geniş təqdimatlar edilmişdir.

Tədbirin qonaqları qismində Kanada,İngiltərə, Pakistan,Portuqaliya,Macarıstan, Almaniya, Rusiya, Fransa və Türkiyədən olan spikerlər karyerlarının müxtəlif pillərlərindəki idarəetmə prosesləri və şərtlərdən bəhs ediblər. Sonda iştirakçılar sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, HR sammit İnsan Resurslarının İdarəedilməsi sahəsi üzrə Azərbaycanda ən böyük beynəlxalq tədbirlərdən olub, 2017-ci ildən yerli və xarici mütəxəssislərin iştirakı ilə hər il keçirilməkdədir.

Sammit haqqında ətraflı məlumatlawww.hrsummit.azrəsmi səhifəsində tanış ola bilərsiniz.


SON XƏBƏRLƏR


Yuxarı