2019-11-15 23:30

Generaldan göstəriş: Plyonka və pərdə vuranlar cərimələnməyəcək

Qanunvericiliyə dəyişiklik olunacaq

Pressa xəbər verir ki, plyonka və pərdə ilə bağlı sürücüləri çaşqın vəziyyətə salan məsələyə son qoyuldu. 

Baş Dövlət Yol Polisi idarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalov "Telefonoqram”-la bütün Yol Patrul Xidməti Alayının komandirlərinə göstəriş verib. İdarə rəisi tələb edib ki, "Nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində plyonka və ya jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər barəsində inzibati tənbeh tədbiri görülməsin”.


SON XƏBƏRLƏR


Yuxarı