2019-11-18 13:58

Azərbaycanın ABŞ-la ticarət dövriyyəsinin mənfi saldosu 3,6 dəfə artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ABŞ ilə apardığı ticarət mübadiləsinin həcmi 707 974,84 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 522,44 min dollar və ya 0,8% azalıb.

Pressa.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk on ayında Azərbaycandan ABŞ-a ixracın həcmi 19 035,32 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 243 506,66 min dollar və ya 92,7% azdır. İdxalın həcmi isə 688 939,52 min dollara bərabər olub ki, bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 239 984,22 min dollar və ya 53,5% artıb.

Nəticədə, hesabat dövründə 669 904,2 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 483 490 min dollar və ya 3,6 dəfə çoxdur.
SON XƏBƏRLƏR


Yuxarı