2019-11-19 15:51

Bakının 200-dən çox köhnə yaşayış binasında yeni liftlər quraşdırılıb

Bakının bir sıra köhnə yaşayış binalarında 201 ədəd Almaniya istehsalı olan lift quraşdırılaraq istismara verilib.

Bu barədə "APA-Economics"ə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, ümumilikdə, cari il ərzində alınacaq 542 liftdən 492-si artıq Bakıya gətirilib. Onlardan 201-i artıq quraşdırılıb, 291-i üzrə isə quraşdırılma işləri davam etdirilir.

Qeyd edək ki, Bakıda istismara yararsız olan liftlər sıradan çıxarılaraq yeniləri ilə əvəzlənir. Yeni liftlər paytaxtın Nizami, Qaradağ və Xətai rayonlarında yerləşən binalarda quraşdırılır. Quraşdırılan liftlər Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən yoxlanılaraq qəbul edilir.
SON XƏBƏRLƏR


Yuxarı