2019-11-20 15:00

Mehriban Əliyeva Dmitri Medvedev ilə ikitərəfli münasibətləri müzakirə edəcək

Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın Baş naziri Dmitri Medvedev ilə görüşəcək. 

Pressa xəbər verir ki, bu barədə Rusiyanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, görüş Moskvada noyabrın 21-də baş tutacaq.

Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək.

"Rusiyanın Baş naziri Dmitri Medvedev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ticarət-iqtisadi, elmi-texniki, mədəni-humanitar və digər sahələrdə Rusiya-Azərbaycan əməkdaşlığının aktual məsələlərini müzakirə edəcəklər", - deyə məlumatda bildirilir.
SON XƏBƏRLƏR


Yuxarı