2019-11-28 10:59

“Qarabağ” İspaniyada Avroliqanı ən çox qazanmış komandaya qarşı

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunlarına start veriləcək.

Pressa xəbər verir ki, bu gün Azərbaycan çempionu "Qarabağ” bu turniri ən çox qazanmış "Sevilya” ilə qarşılaşacaq.

İspaniyanın Sevilya şəhərinin Ramon Sançes Pisxuan adına stadionunda baş tutacaq görüşdən Ağdam komandası mütləq şəkildə xalla qayıtmalıdır. Çünki Qurban Qurbanovun yetirmələri ötən tur Kipr çempionu APOEL-ə uduzmaqla qrupda ikinci yeri əsas rəqibinə təhvil verib və bununla da işini çətinləşdirib.

Çünki APOEL-in autsayder Lüksemburq "Düdlanj”ına qalib gələcəyi ehtimal edilir. Hər iki matç Bakı vaxtı ilə saat 00:00-da başlayacağından bir qulağımız eyni vaxtda Lüksemburqdakı görüşdə olacaq. Cırtdan ölkənin təmsilçisi Kiprdəki sensasiyanı öz meydanında da təkrarlasa, işini nisbətən yüngülləşdirəcək.

"Qarabağ”ın işini yüngülləşdirən məqam yalnız odur ki,  "Sevilya” ötən tur  "Bazel” (İsveçrə),  "Seltik” (Şotlandiya),  "Espanyol” (İspaniya) və  "Mançester Yunaytid” (İngiltərə) kimi iki tur öncədən pley-offa vəsiqə qazanıb. Bu səbəbdən  Bakıda "Qarabağ”a 3:0 qalib gəlmiş Əndəlüs təmsilçisinin bu dəfə rotasiyaya əl atılmış heyətlə meydana çıxacağı gözlənilir. 

Avropa Liqası
A qrupu
00:00 "Sevilya” – "Qarabağ”
00:00 "Düdlanj” – APOEL

1. Sevilya 12
2. APOEL 4
3. Qarabağ 4
4. Düdlanj 3
SON XƏBƏRLƏR


Yuxarı