2019-11-28 11:56

Lionel Messi dünyanın ən yaxşı pleymeykeri seçilib

Dünyanın ən yaxşı pleymeykerleri müəyyənləşib.

Apasrport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) həm kişi, həm qadınlar arasında ən yaxşı oyun qurucularını açıqlayıb.

Bu, qurumun dünya ölkələrindəki nümayəndələri arasında səsvermə ilə bəlli olub. Argentina millisinin və "Barselona”nın ulduzu Lionel Messi 299 xalla 1-ci olub. Onu belçikalı futbolçular izləyir. "Mançester Siti”nin üzvü Kevin de Breyne 85 xalla 2-ci, bu yay "Çelsi”ni "Real”a dəyişən Eden Azar 3-cü yeri tutub (55 xal).

ABŞ millisi və "Sietl Reyq”in futbolçusu Meqan Rapinoe ən yaxşı qadın pleymeyker olub. O, İFFHS-in səsverməsində 196 xal yığıb. Almaniya yığmasının "Lion”da çıxış edən ulduzu Cenifer Marojan 99 xalla 2-ci yerdə qərarlaşıb. "Orlando Prayd”ın formasını geyinən əfsanəvi braziliyalı Marta 59 səslə ilk "üçlüy”ü qapayıb.

Qeyd edək ki, səsvermədə 22 kişi və 23 qadın futbolçu səs toplayıb.
SON XƏBƏRLƏR


Yuxarı