2019-11-28 11:59

Gürcüstanın neft və neft yağları idxalının 11,4%-i Azərbaycanın payına düşüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstana 124,655 ton neft və neft yağları ixrac edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Hesabat dövründə Gürcüstana ixrac edilən neft və neft yağlarının ümumi dəyəri isə 68 708,5 min ABŞ dolları təşkil edib.

Yanvar-oktyabr ayları ərzində Gürcüstanın idxal etdiyi neft və neft yağlarının ümumi dəyəri 616 249,5 min dollar təşkil edib ki, bunun da 11,4%-i Azərbaycanın payına düşüb. İllik müqayisədə isə Gürcüstanın neft və neft məhsullarının idxalı – 15,6% azalaraq ümumi idxalın 8,4%-ni təşkil edib.
SON XƏBƏRLƏR


Yuxarı