2019-11-28 16:22

Milli Qəhrəman Çingiz Qurbanov anılıb

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun anadan olmasının 25 illiyi ilə əlaqədar anım mərasimi keçirilib.

APA-nın məlumatına görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (SQ TTM) kecirilən anım mərasimində  millət vəkili Aydın Mirzəzadə, Çingiz Qurbanovun valideynləri, kursantlar, gizirlər və zabitlər iştirak ediblər. 

Tədbirdə Bakı Bələdiyyə Teatrının hazırladığı, polkovnik Abdulla Qurbaninin müəllifi olduğu "Çingiz Dastanı” tamaşası nümayiş etdirilib.

Qeyd edək ki, Müdafiə naziri Zakir Həsənovun tapşırığı ilə Milli Qəhrəman Çingiz Qurbanovun anadan olmasının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Bu tədbirlərə noyabrın 25-də Qusarda Ç. Qurbanovun məzarını ziyarətlə start verilib.
SON XƏBƏRLƏR


Yuxarı