2019-11-28 17:51

Litvin Abasova Prezidentin fərdi təqaüdü veriləcək

Prezident İlham Əliyev Litvin İbiş oğlu Abasova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Pressa-nın xəbərinə görə, sərəncamla Azərbaycanda tikinti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə L. Abasova Prezidentin fərdi təqaüdü veriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
SON XƏBƏRLƏR


Yuxarı