2019-11-29 09:51

Bakıda bağçalara elektron qəbul gələn ilin əvvəlindən aparılacaq

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) geniş tərkibli seminar-müşavirə bağçalara elektron qəbula keçidlə bağlı məlumat verilib.

BŞİH-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu istiqamətdə işlər başa çatmaq üzrədir və gələn ilin əvvəlindən pilot layihə olaraq Nizami rayonunda bağçalara elektron qaydada qəbula başlanacaq.

Sonradan digər rayonlar da yaradılan elektron sistemə qoşulacaq.
SON XƏBƏRLƏR


Yuxarı