2019-11-29 15:29

Mədəniyyət nazirinin sabiq müavini Ədalət Vəliyev yüksək posta gətirilir

Sabiq mədəniyyət nazirinin müavini Ədalət Vəliyev yeni vəzifəyə gətirilir.

Pressa xəbər verir ki, bu barədə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində dəyişikliklərlə bağlı KONKRET.az-a məlumat daxil olub. 

Həmin məlumatlara görə, artıq media sahəsinə mədəniyyət nazirinin sabiq müavini Ədalət Vəliyev baxacaq. Mənbənin məlumatında deyilir ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərlik etdiyi şöbə 3 hissəyə bölünüb.

Bununla bağlı zənglərimizə Ədalət Vəliyev cavab verməyib.

Məlumata görə, Əli Həsənov yalnız Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsində qalacaq.

Məlumatı dəqiqləşdirmək üçün Administrasiyadan nə təsdiq, nə də təkzib cavabı ala bildik.
SON XƏBƏRLƏR


Yuxarı