2019-11-29 17:44

İlham Əliyev Prezident Administrasiyasının strukturunu təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu təsdiq edilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

- Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin;

- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
SON XƏBƏRLƏR


Yuxarı