2019-12-02 10:49

Bakıda işçilərin orta aylıq əməkhaqqı 6% artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 6,1% artaraq 833,6 manat təşkil edib.

Pressa Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, 2019-cu ilin sentyabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 952,4 manata çatıbki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 24,4%, cari ilin avqust ayı ilə müqayisədə isə 14,9% çoxdur.
SON XƏBƏRLƏR


Yuxarı