2019-12-05 16:45

Milli Məclisinə növbədənkənar seçkilərin tarixi məlum olub

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Pressa xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncamına əsasən, seçkilər gələn il fevral ayının ikinci bazar günü keçiriləcək.

Qeyd edək ki, həmin sərəncamla Milli Məclisin hazırkı, beşinci çağırışı buraxılıb.
SON XƏBƏRLƏR
Ay tutulacaq
2020-05-25


Yuxarı