2019-12-13 09:26

Fransa məhkəməsi əsgərlərə hücum edən şəxsə 30 il həbs cəzası verib

Fransada andlılar məhkəməsi 2015-ci ildə Nitse şəhərində hərbçilərə bıçaqla hücum edən Musu Kulibalini 30 il müddətinə azadlıqdan məhrum edib.

Pressa xəbər verir ki, bu barədə "Le Monde” qəzeti yazıb.

Məlumata görə, Kulibali törətdiyi əməlindən peşman olmadığını bildirib. Nəşr xatırladır ki, həmin şəxs 2015-ci ilin fevralında yəhudi icma mərkəzinin yaxınlığında əsgərlərə hücum edib. Məhkumun sözlərinə görə, onun niyyəti əsgərləri öldürmək olmayıb, sadəcə, üzlərini kəsmək istəyib.
SON XƏBƏRLƏR


Yuxarı