2019-12-13 11:23

İnnovativ və yaradıcı genlərimizin iziylə - VİDEO

İnnovasiyalar Agentliyi tərəfindən hazırlanan "InnovaNation” çarxının məqsədi tarixi inkişaf boyunca bəşəriyyətə misilsiz töhfələr vermiş Azərbaycanın, insanının bu gün də axtarışda olduğunu və böyük uğurlar qazandığını göstərməkdir. Bu gün qədim Nuh yurdundan, Mömünə xatun türbəsindən, Qobustan qayalarını sənət əsərinə, qaya daşlarını musiqi alətinə çevirən əcdadların övladları kosmosa peyklər göndərir. Min il öncə yaradılan İçəri şəhər, Qız qalası kimi möhtəşəm abidələrdən ilhamlanan memarlar Bakının yeni imicini formalaşdırır. Atəşgahdan başlayan alovun hərarətinə milyonlar qızınır. 200 il öncə çəlləklərlə daşınan neft indi min km-lərlə uzaqlara borularla ötürülür.

Şərq intibahının önündə gələn Azərbaycan tarixə 20-ci əsr elm və texniki inkişafdakı uğurları ilə də imza atıb. Azərbaycan elminin riyaziyyat, kimya, tibb, geologiya sahəsindəki nümayəndələrinin kəşf və ixtiraları dünyanın ortaq mirasına çevrilib.

Bu çarx, əslində min illərdir genlərində yaradıcılıq, innovativlik daşıyan, ixtira və icadları ilə tarixə adını yazan bir millətin keçmişinə arxalanaraq gələcəyə baxışını əks etdirir. Hər sahədə tətbiq ediləcək innovativ idarəetmə və müasir texnoloji avadanlıqlar ölkəsinə çevriləcək Azərbaycanın qazanacağı uğurlar şəksizdir...

SON XƏBƏRLƏR


Yuxarı