2019-12-19 13:46

Nazirlik flaminqo görmək istəyənləri milli parklara dəvət edir

Göz oxşayan füsünkar gözəlliklərdən həzz almaq, nadir quşları müşahidə etmək, istirahətinizi  təbiət qoynunda keçirmək istəyirsinizsə qış tətili günlərində milli parklarımıza səyahət edin.

Pressa xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycana əsasən qışlamağa gələn nadir quş növlərini görmək istəyən bütün təbiətsevərləri milli parklara dəvət edir. 

Bununla Abşeron, Şirvan, Qızılağac və Ağgöl milli parklarına səyahət etməklə nadir quş növlərindən olan flaminqo, çəhrayı turan, yaşılbaş ördək, soltanquş, ağqaş qaz, göydimdik ördək, fısıldayan qu, qızılqaz, qıvrımmələk qu kimi quşları müşahidə etmək mümkün olar . 

Qeyd edək ki, hər il Azərbaycana qışlamaq üçün orta hesabla 1-1,5 milyona yaxın quş gəlir.



SON XƏBƏRLƏR


Yuxarı