2019-12-27 12:57

Milli parklara 104 276 turist səfər edib

"Azərbaycanın milli parklarına 2019-cu il ərzində 104 276  turist səfər edib, bunların 93804-ü yerli, 10472-si isə xarici vətəndaş olub. Ötən  illə müqayisədə, bu il milli parklara gələn ziyarətçilərin sayında artım müşahidə edilib. 2018-ci ildə ziyarətçilərin sayı 79997 olub"

Pressa xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin sektor müdiri Arzu Səmədova bildirib. 

A.Səmədovanın sözlərinə görə milli parklara gələn turistlərin sayının artmasına səbəb ilk növbədə aparılan təbliğat işləri, eyni zamanda bu ildən milli parklarda müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng kütləvi tədbirlərin təşkil olunmasıdır.

O, qeyd edib ki, ölkəmizdə 10 milli park fəaliyyət göstərir. Milli parklara səfər etmək istəyənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytının "xidmətlər" bölməsinə daxil olub istədikləri milli parka onlayn şəkildə və ya milli parkların giriş məntəqələrindən bilet əldə edə bilərlər.


SON XƏBƏRLƏR


Yuxarı