2019-12-31 18:04

Tanınmış ictimai xadim deputatlığa namizədliyini irəli sürüb

Tanınmış ictimai xadim, Azərbaycan Alpaqut Federasiyasının prezidenti, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının idarə heyətinin üzvü, iş adamı Qüdrət Nuriyev deputatlığa namizədliyini irəli sürüb.

Pressa xəbər verir ki, bu barədə özü məlumat verib.

O bildirib ki, namizədliyini 119 sayli Ağdam seçki dairəsindən irəli sürüb.

Qeyd edək ki, Qüdrət Nuriyev 1982-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi ixtisası üzrə Magistr dərəcəsi alıb.

Azərbaycan, rus, ingilis dillərini bilir.

SON XƏBƏRLƏR


Yuxarı