2020-01-16 10:23

Putinlə görüşdən sonra Trampdan qəribə AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp öz inauqurasiyasına qədər rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istəyib.

Bu barədə "The Washington Post” məlumat yayıb. 

Bildirilir ki, Trampın bu arzusu o qədər böyük olub ki, o, dövlət katibliyinə namizədlərdən birinin sözünü kəsərək, Putinlə nə vaxt görüşə biləcəyini soruşub.

Qeyd edilib ki, Rusiya prezidenti ilə ilk görüşdən sonra  ABŞ lideri özünü "Rusiya üzrə ekspert” elan edib.

Xatırladaq ki, Putin və Tramp ilk dəfə 2017-ci ilin iyul ayında "G20” sammiti çərçivəsində Hamburqda görüşüblər. Onların söhbəti üçün təqribən yarım saat ayrılıb.
SON XƏBƏRLƏR


Yuxarı