2020-01-17 12:30

Azərbaycan bu göstəriciyə görə dünyada ikinci oldu

Minimum əməkhaqqının artım səviyyəsinə görə reytinqdə Azərbaycan dünyada ikinci yerdədir.

Pressa-nın məlumatına görə, bu barədə picodi.com portalının araşdırmasından məlum olur.

Ötən il minimum əməkhaqqının ən böyük artımı Nigeriyada (64,8%) qeydə alınıb. Ancaq dollar baxımından bu ölkədə zəmanətli minimum əməkhaqqı səviyyəsi dünyada ən aşağı (74 dollar) olaraq qalır.

Azərbaycan 37,7 faizlə siyahının ikinci yerində qərarlaşıb. Bundan sonra isə 37,1 faizlə Argentina gəlir.

Yeri gəlmişkən, qeyd edək ki, 2019-cu il ərzində minimum əməkhaqqı iki dəfəyə qədər artırılaraq, 130 manatdan 250 manata çatdırılıb. Bu gün Azərbaycan alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla, minimum əməkhaqqı göstəricisinə görə MDB ölkələri arasında ikinci yerdədir. Qonşu ölkələrlə müqayisədə, bu göstərici Ermənistandan 2.1 dəfə, Qazaxıstandan 1.6 dəfə, Gürcüstan və Rusiyadan isə 1.4 dəfə yüksəkdir.

ABŞ, İspaniya, Cənubi Afrika və Latviya kimi bəzi ölkələrdə minimum əməkhaqqı 2019-cu ildən bu yana dəyişməyib.

Qeyd edək ki, araşdırma dünyanın 54 ölkəsini əhatə edib.

SON XƏBƏRLƏR


Yuxarı