2020-01-19 14:47

Sumqayıtlı namizəd Bəhruz Salmanov kimdir?

43 saylı Sumqayıt şəhər 3-cü seçki dairəsindən namizəd Salmanov Bəhruz Natiq oğlu 1981-ci ildə Sumqayıt şəhərində ziyalı ailəsində dünyaya gəlib. Ali təhsillidir. İxtisasca filoloqdur (İngilis dili). Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərində magistr təhsili alması ilə bağlı təklifi var. Valideynlərinin daimi dəstəyinə baxmayaraq, tələbə vaxtlarından əmək fəaliyyətinə başlamışdır. Operator kimi çalışan gənc, sonralar pillə-pillə ambardar, satış müdiri, xarici əlaqələrdə idxal meneceri, audit şöbəsində (daxili audit) müfəttiş vəzifəsində marketinq-mütəxəssisi, tədris-tərcümə mərkəzinin icraçı-direktoru vəzifələrinədək yüksəlmişdir. Çalışdığı şirkət və holdinqlərin fəaliyyət istiqamətləri texnoloji, istehsal, tikinti üzrə olub. Buna baxmayaraq 2004-cü ildən paralel içtimai fəaliyyətlə də məşğul olub. 2013-cü ildən hal-hazıradək bütünlükdə ictimai istiqamətə yönələrək sosial-iqtisadi problemlərin araşdırılması üzrə ekspert-jurnalist kimi çalışır. Dövri mətbuatda siyasi şərhçi kimi fəaliyyət göstərir. Xeberlent.az informasiya portalının baş redaktoru kimi bir sıra sosial problemlərin həlli, əhalinin müraciətlərinin yerindəcə və müvafiq strukturlar üzrə həlli istiqamətində çoxsaylı işlər görüb. İnternyus Azərbaycan İctimai Birliyi (IAIB), Şəffaflıq Azərbaycan (Transparency Azerbaijan) treninqlərində də fal iştirak edərək bilik və təcrübələrini təkmilləşdirib. Ona İnternyus Azərbaycan İctimai Birliyi (IAIB) iki həftəlik treninqində daha aktiv və novasiyalı iştirakına görə fərqlənmə sertifikatı da təqdim edilib. Ailəlidir, iki övladı var. Türk, rus və ingilis dillərini bilir.

Atası Salmanov Natiq Əblağa oğlu ixtisasca neft-kimya mühəndisi olaraq istehsal sahəsində baş mühəndis, direktor vəzifələrində çalışıb. Sumqayıt şəhərinin inkişafında xidmətləri olub. Anası Salmanova Zərnişan Xosrov qızı isə ixtisasca həkim-laborant, kimyaçı kimi o vaxtkı Semaşko xəstəxanasında (1 saylı Kliniki Mərkəz) , sonra Sumqayıt şəhər Tibb Texnikumunda dərs deyib. Bir bacısı həkim, biri isə iqtisadçıdır. Hər ikisi Azərbaycan təhsilində ilkə imza atmışdır.

 

Platforma

 

Əziz seçicilər, sizlərdən biri kimi mən də bu cəmiyyətin müsbət və mənfiləri ilə rastlaşaraq yaşayıram. Ömrümün 15 ilini ictimai fəaliyyətin müxtəlif sahələrində, əsasən də KİV fəaliyyətinə həsr etmişəm. Xidmətimiz isə həmişə təmənnasız olub. Həmvətənlərimə xidməti özümə şərəf, borc, Allahın bir lütfü bilmişəm. Namizəd olmaqda məqsədim insanlara xidmət etmək, yardımçı olmaqdır. Millət vəkilinin səlahiyyətləri sizlərə xidməti genişləndirmək üçün yeni imkanlar verir. Əziz seçicilər, mən seçilərəmsə həmişə olduğu kimi mənimlə əlaqə yaratmaq vasitələri daim aktiv olacaq. Necə ki indi baş redaktor olaraq istənilən vətəndaş üçün əlçatanam, millət vəkili olandan sonra da bu məsələdə dəyişiklik yalnız müsbət tərəfə olacaq, vətəndaşlarla, səçicilərimlə əlaqə yaratmaq imkanları genişlənəcək.

 

Hər bir millət vəkilinin ümdə vəzifəsi, təbii ki, vətəndaşların konstitusion hüquqlarının pozulmasının və yol verilən qanunsuzluqların qarşısını almaqdır. Bizim seçki platformamızda vətəndaşı narahat edən ən vacib məsələlər prioritetdir. Əmin ola bilərsiniz ki, sakini olduğunuz ərazi üzrə önə çəkdiyimiz problemlərin həll olunmasında səy göstərəcəyik.

1. Təhsil. Ərazi üzrə artan əhali sayına adekvat olmayan bağça və məktəblərlə bağlı öhdəliklər.

2. Səhiyyə. Təcili yardım stansiyalarındakı avtomobillərin tam yenilənməsi və lazımi tibbi ləvazimat və ilkin yardım avadanlıqları ilə təchiz olunması. Xüsusən minlərlə sakini olan Sumqayıt şəhərində ANGIOQRAFIYA (ANJU) müayinə avadanlıqlarının olmaması əsas problemdir.

3. Sumqayıtda məşğulluq. Bildiyiniz kimi, şəhər xüsusi layihə əsasında iri sənaye parkı kimi salınıb. Bunu əsas götürərək deməliyik ki, ərazidə iş qabiliyyətli bütün sakinlərin tam işlə təmin olunması mümkündür. Təbii ki, bunun üçün münbit istehsal sahələrinin fəaliyyətə başlaması ilə. Belə olduqda şəhər sakinlərinin paytaxt və digər yaxın ərazilərə işləmək üçün üz tutmaq məcburiyyətləri də aradan qalxmış olar.

4. Kommunal təchizat. Sumqayıtın bir neçə mikrorayonunda su təchizatı ilə bağlı mövcud problem (9-10-cu mikrorayonlarda hələ də su fasilələrlə verilir) aradan qalxmış olar. "Yaşıl Dərə” adlanan yaşaşış massivində kanalizasiya xidmətinin olmaması da bizi düşündürən əsas problemlərdəndir ki, bu məsələni də parlamentdə qaldırmaqla qısa zamanda həll olunmasına çalışacıq. Təbii ki, bu massivin problemi bununla da məhdudlaşmır və biz hər birinin həlli istiqamətində səylərimizi əsirgəməyəcəyik.

5. Ekologiya. Yaşıllığın qorunması, eləcə də yeni park və yaşıllıq zonalarının salınması da vacib bildiyimiz məsələlərdəndir. Sakinləri son zamanlar daha çox narahat etməyə başlayan ağacların kəsilməsi, havanın çirklənməsi bizim də gündəmimizdədir. məsələ media qurumu kimi də daim diqqət mərkəzimizdədir.

 

Qarabağ.

Əziz seçicilər, dəyərli həmvətənlərimiz. Bildiyiniz kimi, hər bir azərbaycanlı üçün ümdə məsələ hələ də öz həllini gözləyən Qarabağ problemi, onun istənilən formada işğaldan azad olunmasıdır. Biz siz seçicilərimizin etimadını doğruldub, parlamentdə təmsil olunarkən bütün müzakirə və iclaslarda bu məsələni ön plana çəkəcəyik. Əmin ola bilərsiniz ki, biz istər diplomatik dairələrdə, istərsə də beynəlxalq kütləvi informasiya resurslarında bu təbliğat-təşviqat işini, ermənilərin azərbaycanlılara qarşı genosid siyasətini, bu siyasətin nəticəsi olan işğal əməlini daha da pisləyəcək, apardığımız maarifləndirmə işini daha geniş müstəvidə davam etdirəcəyik.
SON XƏBƏRLƏR


Yuxarı