2020-01-20 17:33

“Mançester Yunayted”in qapıçısı qəzaya düşdü

İngiltərənin "Mançester Yunayted” futbol komandasının qapıçısı Serxio Romero qəza törədib.

Sports.ru-nun xəbərinə görə, o, Karrinqtonda klubun bazası yaxınlığında avtomobil qəzasına düşüb.

Onun "Lamborghini” markalı avtomobili yol kənarındakı dəmirə çırpılıb.

Hadisə zamanı qapıçı xəsarət almayıb.

Qəzanın səbəbi məlum deyil.
SON XƏBƏRLƏR


Yuxarı