2020-01-21 16:43

“Zirə” serbiyalı futbolçu ilə müqavilə imzalayıb

Bakının "Zirə" klubu yeni futbolçu ilə anlaşıb. 

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Yovan Krneta ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb.

27 yaşlı serbiyalı müdafiəçi 2015-18-ci illər aralığında da "Zirə"nin şərəfini qoruyub. O, həmçinin, ölkəsinin "Teleoptik", "Srvena Zvezda", "Sopot", "Radinçki", Ukraynanın "Çernomorets və Yunanıstanın "Levandiakos" klublarının şərəfini qoruyub.
SON XƏBƏRLƏR


Yuxarı