2020-01-24 11:56

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Pressa-nın məlumatına görə, bununla bağlı əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Aslanov Çingiz Rauf oğlu Gəncə Şəhər Baş Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

O, bundan əvvəl Sumqayıt Rayon Polis idarəsinin Cinayət Axtarışı şöbəsinin rəis, daha sonra Gəncə ŞBPİ-nin cinayət axtarış idarəsinə rəis olaraq çalışıb.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini vəzifəsini Müqalib Abdıyev icra edib.

O, bir müddət əvvəl Göygöl Rayon Polis Şöbəsinə rəis gətirilib.
SON XƏBƏRLƏR


Yuxarı