2020-02-07 12:29

“ASAN Xidmət”də təmizliyə 2 milyon manat xərclənəcək

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət”) bu il Bakıdakı 4 və 5 saylı, eləcə də Quba, Qəbələ, Bərdə, Tovuz, Şamaxı, Kürdəmir, Balakən və Ağcabədi regional "ASAN Xidmət” mərkəzlərində təmizlik işlərinin görülməsinə 1 837 295 manat xərcləyəcək.

Pressa xəbər verir ki, qurumun bununla bağlı elan etdiyi açıq tenderlərin qalibləri "Super Servis”, "Servis Xidməti” və "Parlaq Məkan” MMC-lər olub.

Qalib şirkətlərə müvafiq olaraq 241 200 manat, 693 347 manat və 902 748 manat ödəniləcək. 
SON XƏBƏRLƏR


Yuxarı