2020-02-07 13:57

Səfirdən türklərlə evlənmək istəyən rus qızlara məsləhət

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov Türkiyə vətəndaşları ilə evlənmək istəyən rus qadınlarına məsləhət verib.

Bu barədə "RİA Novosti” məlumat yayıb.

A.Yerxov rus qadınlara bu ölkənin milli-mədəni və dini xüsusiyyətləri, insanların həyat tərzi ilə tanış olmağı tövsiyə edib.

O qeyd edib ki, türk ailəsinin təfəkkürü və həyat tərzi Rusiyadakı ailə nizamından bir qədər fərqlidir, buna görə də yeni yaşayış şəraitinə uyğunlaşmaq qabiliyyəti lazımi dərəcədə qiymətləndirilməlidir.
SON XƏBƏRLƏR


Yuxarı